4SİM COP29-da süni intellektin enerji istehlakında tətbiqinin nəticələri, faydaları və uğurlarını göstərəcək
sizinxeber.az xəbər saytı

4SİM COP29-da süni intellektin enerji istehlakında tətbiqinin nəticələri, faydaları və uğurlarını göstərəcək


BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Azərbaycan İqtisadiyyat Nazirliyi tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) süni intellektin enerji istehlakında real şəkildə tətbiq edilməsinin nəticələrini, faydalarını və uğurlarını göstərəcək.

“Report” xəbər verir ki, bunu mərkəzin icraçı direktoru Fariz Cəfərov “Euronews”a 4SİM-in fəaliyyəti haqqında məlumat verərkən bildirib.

Onun sözlərinə görə, 2021-ci ildə yaradılan mərkəz “Azərbaycan-2030: Gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində biznes, hökumət və cəmiyyətin üç əsas istiqaməti üzrə 60 təşəbbüs həyata keçirməyi planlaşdırır.

“Bizim 10 min Azərbaycan vətəndaşının ABŞ-ın “Coursera” təhsil platformasına pulsuz çıxışını təmin etmək üçün bütün əsaslarımız var. Onlar artıq 3 000-dən çox müxtəlif proqramı tamamlayıblar. Rəqəmsal iqtisadiyyat strategiyamızın bir hissəsi olaraq, biz artıq doqquz böyük layihəyə başlamışıq. Onlardan biri də Azərbaycan dilində generativ süni intellekt tətbiqidir. Biz akademiyaların, universitetlərin və texnologiya şirkətlərinin köməyi ilə Azərbaycan dilində böyük dil modelləri yaradırıq və müxtəlif ölkələrdən 5 000 insanı cəlb olunduğu “Baku iD” startap tədbirləri və “Emerge” sammitləri daxil olmaqla böyük beynəlxalq tədbirlər təşkil edir və onlara dəstək veririk”, - o qeyd edib.

F.Cəfərov vurğulayıb ki, 4SİM COP29-u dəstəkləyir: “Biz “təmiz texnologiyalar”, o cümlədən enerji texnologiyaları və “yaşıl texnologiya”lar sahələrində geniş beynəlxalq təcrübələr təqdim edirik: "COP29 zamanı biz süni intellektin enerji istehlakında real şəkildə tətbiq edilməsinin nəticələrini, faydalarını və uğurlarını göstərəcəyik və rəqəmsal transformasiyanı dəstəkləmək üçün bunu qlobal miqyasda digər ölkələrlə paylaşacağıq”.

Oxşar xəbərlər

4SİM auditor seçir
Azərbaycanda əşyaların çatdırılmasında dronlardan istifadə oluna bilər
Prezident İlham Əliyev: "Təmiz ətraf mühit və yaşıl inkişaf milli prioritetimizdir"
COP29 gələn il Azərbaycanda keçiriləcək - RƏSMİ
Alim Bayel: Azərbaycan COP29 çərçivəsində AQEM-ə sədrlik edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər