Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır
Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır.
"Sizinxeber.az"un Hacıqabula ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Toxum nəzarəti və qeydiyyat şöbəsi müdiri Fikrət Feyziyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 2025-2026-cı il əkin mövsümündə əkilmiş və kənd təsərrüfatı elektron informasiya sistemində təsdiqlənmiş toxumluq əkin sahələrinin aprobasiyası prosesinə başlanılıb:
"Bu proses ölkənin 40 rayonunda 140 təsərrüfatda təqribən 47 000 hektarda aparılır. Aprobasiya prosesində səlahiyyətli qurum olan Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti toxumluq sahələrin keyfiyyətini yerində müəyyənləşdirir. Bitkilərin sağlamlıq dərəcəsi, məhsul proqnozu, xəstəlik yoluxması, eyni zamanda, alaqlanma dərəcəsi müəyyənləşdirilərək yalnız yüksək keyfiyyətli, dövlət standartlarına cavab verən toxumluq sahələrin keyfiyyəti təsdiqlənir və toxum istehsalı həyata keçirilir".
F.Feyziyev həmçinin bildirib ki, aprobasiya prosesi tam rəqəmsallaşdırılıb:
"AXA Mobile" əsasında aprobasiya modulu yaradılıb. Proses yerində rəqəmsal formatda proqram tətbiqi vasitəsilə həyata keçirilir, nəticələr isə toxumçu fermerlərin elektron kabinetlərinə yönləndirilir".
Oxşar xəbərlər
Azərbaycanda toxumçuluq sahələrində aprobasiya prosesi ilk dəfə rəqəmsal platformaya keçirilib
Fuad Sadıqov: "Azərbaycanda əkin sahələrinin 94 %-i aqrar sığorta xidmətlərinə əlçatandır"
Cəlilabadda çiyələk əkini aparılır, bu il əkin sahələrinin artırılacağı gözlənilir
Naxçıvanda toxum sərgi-satış yarmarkası keçirilib
Aqrar Subsidiya Şurası subsidiya əmsalları ilə bağlı yeni qərar qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
"Qarabağ" Zakira Savonu transfer edib
-
Yol polisi əlverişsiz hava ilə bağlı sürücülərə xəbərdarlıq edib
-
Rusiyadan zərbə: Səfirin iqamətgahına ziyan dəydi
