Allerqoloq qida allergiyası ilə bağlı valideynlərə çağırış edib: həkimə müraciət edin
Yay aylarında uşaqlarda qida allergiyasına daha çox rast gəlinir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim allerqoloqu Nihulya Şamilova deyib.
Onun sözlərinə görə, qida allergiyasına çiyələk, şaftalı kimi meyvələr, dondurma və s. qidalar səbəb olur:
"Bunlarla yanaşı, valideynlər allergiyası olan uşaqları hovuza apararkən diqqətli olmalıdır. Hovuzda xlorun miqdarının çoxluğundan alergiyalar özünü brüzə verə bilər".
Həkim onu da vurğulayıb ki, əgər ailədə valideynlərdən birində allergik anamnez varsa, bunun uşağa keçmə ehtimalı 20-30 faiz, valideynlərdən ikisində də allergik anamnez varsa, uşağa keçmə ehtimalı 50-60 faizdir:
“Valideyn özündə allergik xəstəlik varsa, övladlarında da allergik reaksiyalardan klinik bir əlamət görərsə, mütləq həkimə müraciət etməlidir. Belə olduğu halda allergik müayinələrdən keçmək lazımdır. Uşaqlarda daha çox qida allergenlərinə rast gəlinir. Bu da erkən uşaqlıq dövründə özünü allergik səpkilər və ya ishal, qəbzlik, köp şəklində göstərir. Uşaqlarda daha çox süd və yumurtaya qarşı allergik reaksiyalar olur”.
Oxşar xəbərlər
KTM: Ötən ay 5 nəfər zəhərlənərək ölüb
Həkim: Uşaqlar əksər hallarda əsas qida mənbəyi olaraq fastfud kimi zərərli qidalara üstünlük verirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
