Komitə sədri: Əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqlar var
Azərbaycanda apteklərin sayı kifayət qədər çoxdur.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Onun sözlərinə görə, bəlkə də dünyanın heç bir ölkəsində bu qədər aptek yoxdur:
“Hər addımda aptek görürük. Məsələn, bir binanın altında bir neçə aptek fəaliyyət göstərir. Görünür, insanlar vaxtında müraciət edib və lisenziya alıb. Həmin apteklərin fəaliyyətinin nə dərəcədə qanuna uyğun olub-olmadığını bilmirəm.
Hesab edirəm ki, əczaçılıq sahəsində kifayət qədər çatışmazlıqlar var. Seçicilərlə görüş zamanı hətta dərmanların keyfiyyəti, əlçatanlıq və qiymətlə bağlı müraciətlər olur. Səhiyyə naziri Teymur Musayevlə də danışıqlarımız olub. Əczaçılıqla bağlı geniş beynəlxalq tədbir keçiriləcək. Bütün bu məsələlərin orada müzakirə edilməsi nəzərdə tutulub”.
Oxşar xəbərlər
Stomatologiya sahəsində monitorinqlərin aparılması nəzərdə tutulur
Oktyabr ayında 28 aptek yoxlanılıb
Siyavuş Novruzov: Vətəndaşların böyük əksəriyyəti məhkəmədə çıxarılan qərardan deyil, prosesdən şikayətlənir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
-
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
