Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.
"Sizinxeber.az" xəbər verir ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktor vəzifəsi Ülfət Qurbanova həvalə olunub.
TƏBİB-in İcraçı direktorunun müşaviri Səkinə Sadıxova tərəfindən yeni direktor kollektivə təqdim olunub. Təqdimat mərasimində S.Sadıxova tibb müəssisəsinin xidmət keyfiyyətinin yüksəldilməsi, pasiyent məmnunluğunun təmin edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, Ülfət Qurbanov 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.
2001-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura təhsili alıb. 2002-ci ildən sözügedən tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, 2022-ci ildən isə direktorun müavini, baş həkim vəzifələrində çalışıb.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
