Qobustan Regional Xəstəxanasında 160 vərəm xəstəsi qeydiyyatdadır
Hazırda Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdindəki Qobustan Regional Xəstəxanasında 160 vərəm xəstəsi qeydiyyatdadır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova xəstəxanada təşkil olunmuş mediatur çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, vərəmin aşkarlanması və diaqnostikasının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi, nəzarətin gücləndirilməsi, vərəm xəstəliyinin laborator və instrumental diaqnostika şəbəkəsinin təkmilləşdirilməsi və gücləndirilməsi üçün xəstəxanada bütün şərait yaradılıb:
"Ağciyər vərəmi diaqnozu təyin edilən pasiyentlərin müalicəsi dərmanlara davamlılıq modeli nəzərə alınmaqla üç şöbədə təşkil olunur. Burada müalicənin təyini, monitorinqi və müalicə nəticələrinin qiymətləndirilməsi məqsədilə yaradılmış Həkim Məsləhət Komissiyası da fəaliyyət göstərir".
Oxşar xəbərlər
Bu il Qobustan Rayon Mərkəzi Xəstəxanasında yeni mərkəzlər yaradılacaq
Qobustan Regional Xəstəxanasının açılışı olub
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
