Qobustan Regional Xəstəxanasının açılışı olub
TƏBİB-in tabeliyində fəaliyyət göstərən Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdindəki Qobustan Regional Xəstəxanasının açılışı olub.
"Report" xəbər verir ki, xəstəxana 3 min kvadratmetr ərazidən ibarət inzibati hissədən, habelə 100 çarpayı yeri olan 3 stasionar infeksion xəstəliklər korpusundan və köməkçi sahələrdən ibarətdir.
Qobustan Regional Xəstəxanasında yaradılan şərait barədə məlumat verən Ağciyər Xəstəlikləri Mərkəzinin direktoru Nəhmət Rəhmanov bildirib ki, burada vərəmin aşkarlanması və diaqnostikasının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi, nəzarətin gücləndirilməsi, vərəm xəstəliyinin laborator və instrumental diaqnostika şəbəkəsinin təkmilləşdirilməsi və gücləndirilməsi üçün lazımi şərait yaradılıb:
"Ağciyər vərəmi diaqnozu təyin edilən pasiyentlərin müalicəsi dərmanlara davamlılıq modeli nəzərə alınmaqla üç şöbədə təşkil olunur".
Burada müalicənin təyini, monitorinqi və müalicə nəticələrinin qiymətləndirilməsi məqsədilə yaradılmış Həkim Məsləhət Komissiyası da fəaliyyət göstərir.
Həyati funksiyaları pozulmuş və yaşaması risk altında olan, xüsusi baxım tələb olunan şəxslərə Reanimasiya və intensiv terapiya bokslarında xidmət göstərilir. Bütün reanimasiya otaqları və palataları süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri, defibrilyator, monitor kompleksləri və avadanlıqlarla təchiz edilib. Həmçinin reanimasiya bokslarından birində xroniki böyrək çatışmazlığından əziyyət çəkən basilyar vərəmli xəstələr üçün hemodializ avadanlıqları quraşdırılıb.
Oxşar xəbərlər
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu auditor seçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
