Sabah Bakıda qısamüddətli yağış yağacaq
sizinxeber.az xəbər saytı

Sabah Bakıda qısamüddətli yağış yağacaq


Sabah hava necə olacaq?

Aprelin 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Sizinxeber.az-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Aprelin 9-u Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Bölgələrdə sabahın havası

Azərbaycanın bəzi şimal və qərb rayonlarından başlayaraq fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

Oxşar xəbərlər

Sabah bəzi yerlərdə duman olacaq - PROQNOZ
Sabah 27 dərəcə isti olacaq
Yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Arabir yağış yağacaq, şimşək çaxacaq - SABAHIN HAVASI
Sabah bəzi yerlərdə duman olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər