Yağıntılı hava şəraiti davam edir
sizinxeber.az xəbər saytı

Yağıntılı hava şəraiti davam edir


Bu gün saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraiti davam edir.

Bölgələr üzrə yağıntı

Milli Hidrometeorologiya Xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, düşən yağıntının miqdarı Lənkəranda 47, Astarada 40, Balakəndə 19, Yardımlıda 13, Lerikdə 12, Bakıda və Abşeron yarımadasında 11, Oğuzda 10, Qəbələ və Şəkidə 9, Neftçalada 7, Tərtər, Mingəçevir, Göyçay, Zərdab, Cəfərxan və Gəncədə 4, Göygöl, Qobustan, Kürdəmir, Sabirabad, Biləsuvar, İsmayıllı, Şamaxı, Gədəbəy və Sədərəkdə 3, Quba, İmişli, Qusar, Bərdə və Daşkəsəndə 2, Ağsu, Yevlax, Şəmkir, Naftalan, Laçın, Kəlbəcər, Şuşa, Xocalı və Ağdamda 1 mm-dir.

Dağlıq ərazilərə qar yağıb

Dağlıq ərazilərə isə qar yağır, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 13, Şahdağda 9, Qusar (Laza), Qaxda (Sarıbaş) 3, Xınalıq, Xaltan və Qrızda 1 sm-dir.

Havanın minimal temperaturu

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 7, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər

Azərbaycanın bəzi rayonlarında şimşək çaxıb, leysan və qar yağıb - FAKTİKİ HAVA
Yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Bakı və Abşerona sulu qar, dağlıq və dağətəyi rayonlara qar yağır - FAKTİKİ HAVA
Şahdağa qar yağır - FAKTİKİ HAVA
Dağlıq rayonlara qar yağır, -13 dərəcə şaxta var - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər