
Ölkə ərazisində faktiki hava açıqlanıb - YENİLƏNİB

Ölkə ərazisində faktiki hava açıqlanıb - YENİLƏNİB
Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Sizinxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər yerlərində qar yağır.
Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 71, Qaxda (Sarıbaş) 50, Gədəbəydə 45, Şəkidə 25, Qubada 17, Şahdağ, Kəlbəcərdə 15, Lerikdə 14, Laçın, Qubadlı, Daşkəsən, Oğuzda 12, Altıağacda 11, Şamaxı, Naxçıvanda 10, Balakən, Şuşa, Şahbuz, Xaltanda 8, Xocalı, Xankəndi, Şərur, Tərtərdə 7, İmişli, Füzuli, İsmayıllı, Ağdamda 6, Zərdab, Tovuz, Qəbələdə 5, Qusar, Yardımlı, Culfa, Qobustan, Ağstafa, Göyçayda 3, Cəlilabad, Şabran, Ağsu, Naftalanda 1, Bakıda və Abşeron yarımadasında isə 7 sm-dir.
Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 5.1 metrdir.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta qeydə alınıb.
***
23:02
Fevralın 20-si saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.
Sizinxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər bölgələrində- Naxçıvan, Şərur, Şahbuz, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ceyrançöl, Tovuz, Ağstafa, Tərtər, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Şahdağ, Beyləqan, İmişli, Kürdəmir, Zərdab, Neftçala, Sabirabad, Biləsuvar, Cəlilabad, Ağsu, Yevlax, Mingəçevir, Yardımlı, Lerik, Ağdam, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlıda qar müşahidə olunur.
Şəmkir, Bərdə, Lənkəran, Astarada isə yağış yağır.
Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s-dək güclənib.
Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1, Naxçıvan MR-da 2, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək isti qeydə alınıb.