03
dek
2024
14:00

yuxarı
Bakıda leysan sabahadək davam edəcək

Bakıda leysan sabahadək davam edəcək
Bakıda və Abşeron yarımadasında yağıntılı hava şəraiti davam edir.
APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O deyib ki, dekabrın 3-ü saat 13:00-a olan məlumata əsasən hazırda yarımadanın bəzi yerlərində yağıntılar leysan xarakterlidir.
Gülşad Məmmədova, həmçinin bildirib ki, müşahidə olunan leysan xarakterli yağışın fasilələrlə dekabrın 4-ü səhərədək davam edəcəyi gözlənilir.