Bir sıra rayonlarda leysan, Gədəbəydə sulu qar yağır - FAKTİKİ HAVA
Oktyabrın 21-i saat 18:00-a olan faktiki hava açıqlanıb.
APA xəbər veirir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 21-i saat 18:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Şahbuz, Ordubad, Gədəbəy, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Gədəbəydə isə sulu qar yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da və Aran rayonlarında 16, dağlıq rayonlarda 8 dərəcəyədək isti qeydə alınıb.
***
16:07
Oktyabrın 21-i saat 16:00-a olan faktiki hava açıqlanıb.
APA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 21-i saat 16:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Ordubad, Gədəbəy, Füzuli, Zəngilan, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Mingəçevir, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Lerik, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış, Xınalıq, Ləzə (Qusar), Daşkəsən, Şahdağda isə qar yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 14, Aran rayonlarında 16, dağlıq rayonlarda 7 dərəcəyədək isti qeydə alınıb.
Oxşar xəbərlər
Bir sıra rayonlarda qar yağır - FAKTİKİ HAVA
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Yağış yağır, Şəmkirçaydan sel keçir - FAKTİKİ HAVA - YENİLƏNİB
Şahdağa qar yağır - FAKTİKİ HAVA
Bəzi bölgələrə yağış və qar yağır - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













