Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - YENİLƏNİB - VİDEO
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib.
Bu barədə Sizinxeber.az-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məhkəmənin müvafiq qərarı ilə Elşən Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs olunub.
***10:01
Sosial şəbəkələrdə Dövlət Yol Polisi əməkdaşlarına tabesizlik göstərən sürücünün görüntüləri yayılıb.
Sizinxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən yayılan görüntülərə aydınlıq gətirlib.
Bildirilib ki, avqustun 7-də saat 17:30 radələrində paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə VAZ-2107 markalı avtomobilin sürücüsünə DYP əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib. Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.
Görülən tədbirlərlə sürücü — 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.
E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib - YENİLƏNİB
Avtoxuliqanlıq edib polisin əmrinə tabe olmayan şəxs saxlanılıb
Avtoxuliqanlıq edib tabesizlik göstərən edən şəxs saxlanılıb - VİDEO
Avtoxuliqanlıq edib tabesizlik göstərən şəxs 20 sutka inzibati qaydada həbs edilib - VİDEO - YENİLƏNİB
Avtoxuliqanlıq edib polisin əmrinə tabe olmayan şəxs saxlanılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib












