Avtoxuliqanlıq edib polisin əmrinə tabe olmayan şəxs saxlanılıb - VİDEO
Sosial şəbəkələrdə Dövlət Yol Polisi əməkdaşlarına tabesizlik göstərən sürücünün görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən yayılan görüntülərə aydınlıq gətirlib.
Bildirilib ki, avqustun 7-də saat 17:30 radələrində paytaxt ərazisində yol-hərəkəti qaydalarını pozaraq təhlükəli manevrlər etməklə insanların həyat və sağlamlığına real təhlükə yaratdığına görə VAZ-2107 markalı avtomobilin sürücüsünə DYP əməkdaşları tərəfindən “Saxla” işarəsi verilib. Lakin avtomobilin sürücüsü buna məhəl qoymayaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlıq hərəkətlərini davam etdirib.
Görülən tədbirlərlə sürücü — 1995-ci il təvəllüdlü Abdullayev Elşən Teyfur oğlu Nəsimi rayonu ərazisində saxlanılıb. O, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstərib.
E.Abdullayev barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Avtoxuliqanlıq edib polisin əmrinə tabe olmayan şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avtoxuliqanlıq edib tabesizlik göstərən edən şəxs saxlanılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polisin “saxla” əmrinə tabe olmadı - Həbs edildi - FOTO/VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hacıqabulda avtoxuliqan inzibati qaydada həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il polis əməkdaşları tərəfindən 251 avtoxuliqanlıq faktı aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












