Bakının Xəqani küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir - FOTO/VİDEO
sizinxeber.az xəbər saytı

Bakının Xəqani küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir - FOTO/VİDEO




Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Səbail rayonunun Xəqani küçəsində (Aleksandr Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinə qədər) apardığı təmir işlərini yekunlaşdırmaq üzrədir.

BAKU.WS agentliyə istinadən xəbər verir ki, qeyd olunan hissədə artıq köhnə asfalt-beton örtüyünün frezlənməsi və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.

Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunacaq.

"Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.

BAKU.WS
VİDEO

QALEREYA

Oxşar xəbərlər

Bakının Xəqani küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının Mətbuat prospektində və Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının Xəqani küçəsində hərəkət məhdudlaşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda bu yollardan biri beş gün bağlı olacaq - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının əsas prospektlərindən birində təmir işləri yekunlaşıb - FOTO/VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər