Bakının Xəqani küçəsində aparılan təmir işləri yekunlaşmaq üzrədir
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Səbail rayonunun Xəqani küçəsində (Aleksandr Puşkin küçəsindən Kövkəb Səfərəliyeva küçəsinə qədər) təmir işlərini yekunlaşdırmaq üzrədir.
"Report" agentliyə istinadən xəbər verir ki, qeyd olunan hissədə artıq köhnə asfalt-beton örtüyünün frezlənməsi və yeni asfalt-beton örtüyünün döşənməsi icra olunub.
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunacaq.
"Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulan müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur", - deyə agentlik bəyan edib.
Oxşar xəbərlər
Bakının Mətbuat prospektində və Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının Xəqani küçəsində hərəkət məhdudlaşdırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda bu yollardan biri beş gün bağlı olacaq - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakının əsas prospektlərindən birində təmir işləri yekunlaşıb - FOTO/VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda təmir işləri aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












