Bakının əsas prospektlərindən birində təmir işləri yekunlaşıb - FOTO/VİDEO
sizinxeber.az xəbər saytı

Bakının əsas prospektlərindən birində təmir işləri yekunlaşıb - FOTO/VİDEO




Azərbaycan Avtomobil Yolları Bakının Parlament prospektində (Mehdi Hüseyn küçəsindən Mikayıl Müşfiq küçəsinə qədər) təmir işlərini yekunlaşdırıb.
 
Sizinxeber.az agentliyə istinadən xəbər verir ki, təmir işləri çərçivəsində sözügedən prospektdə köhnə asfalt-beton örtüyünün frezlənməsi, yolun profilə salınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
 
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının və yağış barmaqlıqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub.
 
“İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunan təmir işlərinin son mərhələsində sözügedən ərazidə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də yerinə yetirilib.
Sizinxeber.az
VİDEO

QALEREYA

Oxşar xəbərlər

Bakının Mətbuat prospektində və Əhmədbəy Ağaoğlu küçəsində təmir işləri aparılır
Bakının Parlament prospektində təmir işləri yekunlaşıb
Qusarda 23 km uzunluğa malik avtomobil yolunun asfaltlanmasına başlanılıb
Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi sürətləndirildi
Sürücülərin NƏZƏRİNƏ: Bu küçədə maşınların hərəkətinə məhdudiyyət qoyulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər