AMADA həndbolçular üçün maarifləndirmə seminarı keçirib
sizinxeber.az xəbər saytı

AMADA həndbolçular üçün maarifləndirmə seminarı keçirib


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) həndbolçular üçün maarifləndirmə seminarı keçirib.

Bu barədə "Report"a AMADA-nın mətbuat xidmətindən məlumat verilib.

Tədbirin əsas məqsədi təmiz idmanın təşviq olunması, dopinqə qarşı mübarizənin gücləndirilməsi və iştirakçıların antidopinq mövzusunda məlumatlılığının artırılması olub.

Seminarda antidopinq qayda pozuntuları, bu pozuntuların hüquqi və etik nəticələri barədə geniş məlumat verilib. İdmançılara antidopinq qaydaları çərçivəsində onların hüquq və öhdəlikləri izah edilib, dopinq nəzarəti prosesi zamanı və ondan əvvəlki mərhələlərdə nəyə diqqət etməli olduqları ətraflı şəkildə açıqlanıb.

Eyni zamanda, qadağan edilmiş maddələrin siyahısı, onların istifadəsinin riskləri və sağlamlığa mənfi təsiri barədə məlumat diqqətə çatdırılıb.

Sağlam həyat tərzinin təbliğ olunduğu tədbirdə təmiz idman prinsiplərinə sadiq qalmağın yalnız idmançının karyerası üçün deyil, həm də cəmiyyətə nümunə olmaq baxımından əhəmiyyəti xüsusi vurğulanıb.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Oxşar xəbərlər

Gənc güləşçilər üçün antidopinq mövzusunda maarifləndirmə seminarı keçirilib
AMADA qadın boksçular üçün seminar təşkil edib
AMADA Azərbaycan Kikboksinq Federasiyası üçün seminar təşkil edib
AMADA Azərbaycan Ağırlıqqaldırma Federasiyası üçün seminar təşkil edib
AMADA stolüstü tennisçilər üçün seminar təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər