Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb
sizinxeber.az xəbər saytı

Kaya Kallas Rusiyaya beynəlxalq təzyiqi artırmağa çağırıb


Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynaya ötən gecə kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə kütləvi hücumdan sonra beynəlxalq ictimaiyyəti Rusiyaya təzyiqləri artırmağa çağırıb.

Sizinxeber.az-nın xəbərinə görə, Kaya Kallas bu barədə X-da paylaşımında bildirib.

“Bu, bir daha göstərir ki, Moskva müharibəni dayandırmaq niyyətində deyil. Rusiya Ukraynaya yeni faciələr yaşatmağa və bu ölkəni məhv etməyə can atır. Bu müharibəni dayandırmaq üçün Rusiyaya ən güclü beynəlxalq təzyiq lazımdır", - deyə Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, ötən gecə Rusiya Ordusunun Ukraynaya kütləvi raket və pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələr nəticəsində 12 nəfər ölüb, 60-dan çox yaralı var.

Oxşar xəbərlər

Kaya Kallas: İranın Rusiyaya hərbi dəstəyi beynəlxalq təhlükəsizlik üçün böyük təhdiddir
Kallas Qərbi Rusiyaya maksimum təzyiq göstərməyə çağırıb
Kaya Kallas Suriyanın XİN rəhbəri ilə görüşüb
Kallas: Aİ Ukraynaya silah tədarükünü dayandırmaq niyyətində deyil
Kaya Kallas: Ukrayna ilə bağlı razılaşmada biz də hesablanmalıyıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər