

Gənc güləşçilər üçün antidopinq mövzusunda maarifləndirmə seminarı keçirilib
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) yunan-Roma və sərbəst güləş üzrə milli komandaların gənc üzvləri üçün antidopinq mövzusunda maarifləndirmə seminarı keçirib.
AMADA-nın mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, qadağan edilmiş siyahı, məkan məlumatı və ADAMS sistemi kimi vacib mövzularla bağlı ətraflı məlumat verilib.
İnteraktiv şəkildə keçirilən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminar gənc idmançıların həm fiziki, həm də mənəvi cəhətdən sağlam inkişafına töhfə verməklə yanaşı, idmanda ədalət prinsiplərinin möhkəmləndirilməsi məqsədi daşıyıb. İdmançılara antidopinq qaydalarına riayət etməyin önəmi vurğulanıb, düzgün qərar qəbul etmək üçün lazım olan bilik və bacarıqlar diqqətə çatdırılıb.
Oxşar xəbərlər
AMADA Azərbaycan Ağırlıqqaldırma Federasiyası üçün seminar təşkil edib
AMADA Azərbaycan Voleybol Federasiyası üçün seminar təşkil edib
AMADA qadın boksçular üçün seminar təşkil edib
AMADA Azərbaycan Kikboksinq Federasiyası üçün seminar təşkil edib
AMADA Paris-2024-ə lisenziya qazanan Azərbaycan güləşçiləri üçün seminar təşkil edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
-
Coratda güclü yanğın baş verib
-
Ukrayna XİN başçısı Zelenski-Putin görüşünə hazırlıq barədə məlumat verib
-
Ukraynanın xarici işlər naziri Bakıda Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib
-
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
-
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
