Bahar Muradova: Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var
Türkiyə və Azərbaycanın ailə institutunun gücləndirilməsində ortaq hədəfləri var və bu yolda əməkdaşlığı əzmlə davam etdirəcəklər.
“Repört” xəbər verir ki, bunu Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Anadolu”ya müsahibəsində deyib.
O bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub: “İki ölkə “bir millət, iki dövlət” prinsipi ilə hərəlkət edirlər. Türkiyə ən çətin anlarda yanımızda oldu. Bu gün evlərinə qayıdan azərbaycanlı ailələrin arxasında bu qardaşlığın gücü dayanır. 30 ildir vətəndən uzaqda yaşayan biri kimi mən də torpaqlarımız işğaldan azad olunandan sonra ailəmlə birlikdə yurdumuza dönəcəyim üçün həyəcanlıyam”.
B.Muradova qeyd edib ki, ailə institutu həm Azərbaycanda, həm də Türkiyədə ictimai quruluşun təməl daşıdır: “Ailə milli kimliyimizin ən mühüm mövzusudur. Ailəyə göstərilən qayğı dövlətin və millətin gələcəyinə ən mühüm sərmayədir”.
Komitə sədri ailə siyasətlərinin ikitərəfli əməkdaşlığı gücləndirdiyinə diqqət çəkib: "Həm Türkiyədə, həm də Azərbaycanda ikitərəfli formatda bir çox layihələr həyata keçiririk və təcrübə mübadiləsi edirik”.
Oxşar xəbərlər
Bahar Muradova: "Ailə Konsepsiyası"nın hazırlanmasına başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bahar Muradova: Məişət zorakılığının qarşısının alınması ilə bağlı yeni dövlət konsepsiyası hazırlanır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bahar Muradova Yevlaxda vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bahar Muradova Astarada vətəndaşları qəbul edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bahar Muradova: Xarici dildə təhsil verən müəssisələrdə Azərbaycan dilində dərsliklərin olması vacibdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












