Azərbaycan gimnastları Avropa kubokunda uğurlu nəticələr əldə ediblər
sizinxeber.az xəbər saytı

Azərbaycan gimnastları Avropa kubokunda uğurlu nəticələr əldə ediblər


Bolqarıstanın Burqas şəhərində keçirilən bədii gimnastika üzrə Avropa kubokunda Azərbaycan təmsilçiləri uğurlu nəticələr qazanıblar.

"Report" xəbər verir ki, böyüklərdən ibarət qrup hərəkətləri komandası 3 top + 2 halqa proqramında (25.150 xal) gümüş, gənclərdən ibarət qrup hərəkətləri komandası çoxnövçülük (44.000 xal) və 5 halqa (23.650 xal) proqramında ikiqat bürünc medal əldə ediblər.

İdmançılar fərdi çıxışlarda da öz bacarıqlarını məharətlə göstəriblər.

Fidan Qurbanlı gürzlərlə proqramda (25.866 xal), Şəms Ağahüseynova isə lent ilə proqramda (25.299 xal) gümüş medala yiyələniblər.

Oxşar xəbərlər

Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
Azərbaycanın bədii gimnastika komandası Avropa Kubokunda gümüş medal qazanıb
Azərbaycan komandası Avropa Kubokunda daha bir medal qazanıb
Azərbaycan komandası Avropa Kubokunda qızıl medal qazanıb
Azərbaycan gimnastları San-Marinoda yeddi medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər