23
may
2025
16:30

yuxarı
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında növbəti oyun baş tutub

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında növbəti oyun baş tutub
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
"Sizinxeber.az"un məlumatına görə, İngiltərə və Macarıstan yığmaları C qrupunun oyununda üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
İngiltərə I turda Ukraynanı 4 cavabsız qolla üstələyib. Macarlar isə Türkiyə ilə bərabərə qalıb - 1:1.
C qrupunun Ukrayna - Türkiyə matçı bu gün, saat 19:30-da başlayacaq.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.
Foto: Məhəmməd Ağayev