Cəbrayılda Zəfər Gününə həsr olunmuş idman yarışları başa çatıb
sizinxeber.az xəbər saytı

Cəbrayılda Zəfər Gününə həsr olunmuş idman yarışları başa çatıb


Cəbrayıl şəhəri akademik Mehdi Mehdizadə adına tam orta məktəbdə ilk dəfə müxtəlif idman növləri üzrə keçirilən yarışlar başa çatıb.

“Sizinxeber.az” xəbər verir ki, 8 Noyabr - Zəfər gününə həsr olunmuş tədbir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Futbol, voleybol, dama, kəndirlə mübarizə və basketbol idman növləri üzrə təşkil olunan yarışlarda Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd, Zəngilan rayonu Ağalı kənd və Cəbrayıl şəhəri akademik Mehdi Mehdizadə adına tam orta məktəbdən ümumilikdə 192 şagird iştirak edib.

Komanda oyunlarında yarışın birinci, ikinci və üçüncü yeri qazanmış şagirdlər kubok, medallar və diplomlarla təltif olunub. Dama üzrə yarışlarda fərdi qalib gələn birinci, ikinci və üçüncü yerin sahibi olan şagirdlərə isə diplom və medallar təqdim olunub.

Oxşar xəbərlər

Cəbrayıl şəhərində Zəfər Gününə həsr olunmuş idman yarışlarına start verilib
Cəbrayılda Mehdizadə adına məktəbdə pedoqoji heyət formalaşıb - FOTO
Cəbrayılda ilk dərs günü münasibətilə tədbir keçirilib - FOTO
Prezident Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər