Azərbaycanın Avropa çempionu: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam"
Şükür ki, əziyyətim yerdə qalmadı.
"Sizinxeber.az" xəbər verir ki, bunu İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatında qızıl medal qazanmış Azərbaycanın sərbəst güləşçisi Vasif Bağırov (57 kq) deyib.
O bildirib ki, çəkdiyi zəhmət finalda nəticəsiz qalmayıb: "Buna görə məşqçilərimə təşəkkür edirəm. İnşallah, qarşıdan gələn dünya çempionatında da qızıl medal qazanmağa çalışacağam".
Xatırladaq ki, V.Bağırov finalda gürcüstanlı Nika Zanqaladzeylə gərgin mübarizə şəraitində keçən görüşdə əzmkar qələbə qazanıb. İlk hissəni 5:6 hesabı ilə geridə başa vuran Gəncə güləş məktəbinin yetirməsi fasilədən sonra üstünlüyünü təmin edib – 9:6. Beləliklə, ötən il U-20 Avropa çempionatında gümüş medal qazanan V.Bağırov bu dəfə çempion olub.
Oxşar xəbərlər
Avropa çempionatı: Azərbaycanın bir güləşçisi qızıl, digəri gümüş medal qazanıb
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Azərbaycanlı Avropa çempionu: “Hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
