Azərbaycan sumoçuları Avropa çempionatını iki medalla başa vurublar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
11:00

Azərbaycan sumoçuları Avropa çempionatını iki medalla başa vurublar

26 may, 2025
11:00
606

Azərbaycan sumoçuları Avropa çempionatını iki medalla başa vurublar

Azərbaycan təmsilçiləri Macarıstanın Sigetsenmikloş şəhərində keçirilən sumo üzrə Avropa çempionatını iki medalla başa vurublar.

"Report"un məlumatına görə, yarışın son günündə 4 çəki dərəcəsində təmsilçilərimiz dohyoya çıxıblar.

Onlardan böyüklər kateqoriyasında mübarizə aparan Çingiz Səmədov bürünc medal əldə edib. 100 kq-da qüvvəsini sınayan idmançı ötən il Yunanıstanın Lutraki şəhərində keçirilmiş qitə birinciliyində gümüş medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatında Yapon Döyüş növləri və Mədəniyyəti Assosiasiyasının rəhbərliyi altında Azərbaycanı 4 sumoçu təmsil edib. U-21, U-23 və böyüklər kateqoriyaları üzrə təşkil edilən qitə birinciliyində daha əvvəl U-23 kateqoriyasında döyüşən Rəsul Məmmədzadə fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Bizimlə əlaqə saxlayın