Güləş üzrə muxtar respublika birinciliyində qaliblər müəyyənləşib
Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş yeniyetmələr arasında güləş üzrə muxtar respublika birinciliyi keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfinfən təşkil olunan yarışda 70 idmançı 10 çəki dərəcəsində mübarizə aparıb.
İlham Əliyev adına Olimpiya İdman Kompleksində turnirin mükafatlandırma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ilk üç yerin sahiblərini diplom və medallarla təltif edib.
Nəticələrə əsasən Cahangir Əhmədov (45 kq), Əlcəfər Musayev (48 kq), Ələkbər Əsgərov (51 kq), Məcnun Abbasov (55 kq), Məhəmməd Hümbətov (60 kq), Toğrul Əlili (65 kq), Hüseyn Rəcəbli (71 kq), Rüzgar Hacıyev (80 kq), Hüseyn Əliyev (92 kq) və Cəbrayıl Əhmədov (110 kq) müvafiq çəki dərəcələrində birinci olublar.
Oxşar xəbərlər
Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo turniri keçirilib
Naxçıvanda 100 illik yubileyə həsr olunmuş boks birinciliyi keçirilir
Naxçıvanda cüdo üzrə region birinciliklərinə start verilib
Basketbol üzrə muxtar respublika birinciliyinin qalibi bəlli olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
