Azərbaycanın altı cüdoçusu "Böyük Dəbilqə" turnirinin ilk günündə mübarizəyə başlayır
Azərbaycanın altı cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayır.
"Sizinxeber.az"un məlumatına görə, yarışın ilk günündə Rəşad Yelkiyev, Turan Bayramov (hər ikisi 66 kq), Şəfəq Həmidova, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kq) tatamiyə çıxacaqlar.
Təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 16:00-da start götürəcək.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunur. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparır.
Kişilər
66 kq, 1/16 final
Rəşad Yelkiyev – Hyonu An (Koreya)
Turan Bayramov – Matteo Piras (İtaliya)
Qadınlar
48 kq, 1/16 final
Şəfəq Həmidova – Aytana Dias Hernandes (İspaniya)
48 kq, 1/8 final
Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə
52 kq, 1/16 final
Leyla Əliyeva – Taniştha Tokas (Hindistan)
52 kq, 1/8 final
Gültac Məmmədəliyeva – Şraddha Kadubal Çopade (Hindistan)
Xatırladaq ki, "Böyük Dəbilqə" turniri mayın 10-da başa çatacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Azərbaycanın altı cüdoçusu "Böyük Dəbilqə"də mübarizəyə başlayır
Azərbaycanın 11 cüdoçusu Astanada "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Azərbaycan cüdoçuları Tbilisidə Avropa çempionatında mübarizəyə başlayır
Avropa çempionatı: Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
