Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsinin kadr bankı üçün artıq 45 dövlət qurumu müraciət edib
“Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan kadr bankı üçün artıq 45 dövlət qurumu müraciət edib.
“Sizinxeber.az” xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev kadr bankının təqdimatından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, kadr bankında profili yaradılan hər bir şəxsin idarəetmə bacarıqları barədə məlumatlar da yer alıb:
“Bu, tək məlumat bazası deyil, həm də qarşılıqlı mübadilə platformasıdır. Yəni dövlət qurumları, özəl şirkətlər burada öz aktiv vakansiyalarını yerləşdirə biləcək, eyni zamanda, öz maraqlarına və tələblərinə uyğun kadr axtarışı da həyata keçirə biləcəklər”.
F.Hacıyev Kadr Bankının dövlət və özəl qurumlar üçün geniş imkanlar yaradacığını da əlavə edib.
Oxşar xəbərlər
“Yüksəliş” müsabiqəsinin kadr bankında 3109 nəfər var
Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi yekunlaşıb
Fərhad Hacıyev: V "Yüksəliş" müsabiqəsinə qeydiyyat sayı rekord həddə olub
“Yüksəliş” müsabiqəsinin kadr bankının təqdimatı keçirilib
Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













