Şəxsi kabinetə girişlə bağlı I sinfə qəbul prosesinə yenilik tətbiq edilib
1-ci sinfə qəbulda Şəxsi kabinetə giriş “Digital Login” vasitəsilə həyata keçiriləcək.
Bu barədə APA-ya MÜTDA-dan bildirilib.
Bildirilib ki, 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində tətbiq edilən daha bir yeniliyə əsasən, Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə "istifadəçi adı və şifrə" ilə daxil olması məhdudlaşdırılacaq. Proses istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması və sistemə giriş zamanı identifikasiya prosesinin sadələşdirilməsi məqsədi ilə həyata keçirilir.
Şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Digər sənəd növləri ilə qeydiyyat etmək istəyən valideynlər alternativ qeydiyyat mərkəzlərinə müraciət edəcəklər.
Qeyd edək ki, uşaqların birinci sinfə qəbulu prosesinə 01 may 2025-ci il saat 11:00-dan etibarən start veriləcək.
Oxşar xəbərlər
Şagirdlərin elektron yerdəyişməsi prosesinin başlanacağı vaxt açıqlanıb
Məktəbəhazırlıq qrupları və birinci sinif şagirdlərinin yerdəyişmə prosesi başlayıb
Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı diqqət edilməli məqamlar açıqlanıb
“Azərpoçt” “Postcargo” xidmətini istifadəyə verib
Bu günə qədər I sinfə 127 mindən çox uşaq qəbul edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













