Elmi-tədqiqat bölmələrində ştatdankənar işçilərin sayı açıqlanıb
sizinxeber.az xəbər saytı

Elmi-tədqiqat bölmələrində ştatdankənar işçilərin sayı açıqlanıb


Azərbaycanda bu ilin əvvəlində müxtəlif elmi-texniki xidmətləri həyata keçirən 134 elmi təşkilat və müəssisə fəaliyyət göstərib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, həmin elm ocaqlarında elmitədqiqat və işləmələrlə 19,5 mindən artıq mütəxəssis məşğul olur, onların da 72 faizi tədqiqatçılardır. Bu mütəxəssislərin 35,2 faizinin elmlər doktoru və ya fəlsəfə doktoru elmi dərəcəsi var.

Bundan əlavə, elmi-tədqiqat bölmələrində ştatda olmayan və ali təhsil müəssisələrində çalışan 9,5 min elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində tədqiqat və işləmələri yerinə yetirirlər. Onların da yarıdan çoxu elmlər doktoru və ya fəlsəfə doktoru alimlik dərəcəsinə malikdirlər.

Oxşar xəbərlər

Ötən il 526 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb
Keçən il Azərbaycanda iki sahədə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb
Ötən il ölkədə dosent adı alanların adı açıqlandı
Doktoranturalar yaradılan elmi müəssisə və təşkilatların siyahısı dəyişib
Ötən il xaricdə fəlsəfə doktoru elmi dərəcəsi alan 37 nəfərin sənədi tanınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər