Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib
sizinxeber.az xəbər saytı

Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzini ziyarət edib


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva STEAM İnnovasiya Mərkəzində olub.

"Report" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev Leyla Əliyevaya İnnovasiya Mərkəzi barədə məlumat verib.

Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan Heydər Əliyev Fondunun vitse-prezidenti burada tətbiq edilən innovativ texnologiyalar və şagirdlərin yaradıcılığına yönəlmiş təlim-tədris prosesini izləyib.

Bildirilib ki, STEAM İnnovasiya Mərkəzi Azərbaycanda elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat (STEAM) istiqamətlərinin inkişafına töhfə vermək məqsədilə yaradılıb. Burada şagirdlər müasir texnologiyalardan istifadə edərək bilik və bacarıqlarını artırmaqla yanaşı, yaradıcı düşüncə və problem həlletmə qabiliyyətlərini inkişaf etdirirlər.

Leyla Əliyeva həmçinin Mərkəzdə olan texnologiyalar robototexnika, 3D çap, süni intellekt, virtual və artırılmış reallıq laboratoriyaları ilə tanış olub. O, eyni zamanda, Mərkəzdə ekskursiyada olan şagirdlərlə görüşüb, onların hazırladıqları layihələrlə tanış olub. Şagirdlərin hazırladıqları layihələrə baxan Heydər Əliyev Fondunun vitse-prezidenti onların işlərini yüksək qiymətləndirib və müxtəlif sahələrdə tətbiq edilə biləcək yeniliklərin önəmini vurğulayıb. Leyla Əliyeva gənclərin elm və texnologiya sahəsindəki uğurlarının ölkənin davamlı inkişafı üçün əsas olduğunu bildirib.

Görüşdə şagirdlər gələcək planlarından, innovativ ideyalarından və məqsədlərindən danışıblar.

Oxşar xəbərlər

Leyla Əliyeva Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət edib
Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət edib
Leyla Əliyeva Nayrobi tam orta məktəbində və tibb mərkəzində olub
Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib
Leyla Əliyeva Mərakeşdə Uşaq Hüquqları üzrə Milli Observatoriyanın vitse-prezidenti ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər