Emin Əmrullayev: Təhsili yeni çağırışlar müstəvisində müzakirə etsək, daha irəli getmək imkanı olacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
okt
2024
10:30

Emin Əmrullayev: Təhsili yeni çağırışlar müstəvisində müzakirə etsək, daha irəli getmək imkanı olacaq

04 okt, 2024
10:30
786

Emin Əmrullayev: Təhsili yeni çağırışlar müstəvisində müzakirə etsək, daha irəli getmək imkanı olacaq

Təhsili yeni çağırışlar müstəvisində müzakirə etsək, daha irəli getmək imkanı olacaq.

"Sizinxeber.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Təhsildə yeni çağırışlar" adlı V beynəlxalq forumda çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, müəllimin, təhsil sahəsində olan mütəxəssislərin üzərinə ciddi məsuliyyət qoyuruq ki, təhsil sahəsini məişət xarakterli müzakirələrdən peşəkar elmi-tədqiqatlara əsaslanan platformaya gətirə bilək.

"Dünyanın təhsil sistemlərinin oxşar problemləri var. Bu ümumi problemlər müzakirə ediləndə müxtəlif həll yolları ortaya çıxır. Hər ölkənin də, təbii ki, özünəməxsus həlləri var. Azərbaycanda təhsilin məzmunu, tədrisin keyfiyyəti, müəllimin səriştəsi əsas məsələdir", - E.Əmrullayev əlavə edib.

Bizimlə əlaqə saxlayın