Qarabağ Universitetinin müəllimi: Azad olunmuş torpaqlarda möhkəmlənməyimizə töhfə verəcəyik
İnanırıq ki, Qarabağ Universiteti işğaldan azad olunmuş torpaqlarda inkişafımıza, möhkəmlənməyimizə töhfə verəcək.
Bunu “Report”un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinin müəllimi Elxan Qurbanlı deyib.
O bildirib ki, orta təhsilini Azərbaycanda, magistratura və doktorantura pilləsi üzrə təhsilini isə Türkiyənin Kahramanmaraş şəhərində alıb. Bir çox xarici ölkələrdə təlim-tədris keçib. Qarabağ Universitetinə gələnə qədər Xəzər Universitetində müəllim kimi çalışıb:
“Dəvət gələndə tərəddüd etmədən “hə” dedim. Mənə bir il öncə deyilsəydi ki, Qarabağ Universitetində müəllim kimi çalışacaqsan, bu universitetdə, bu torpaqlarda məsuliyyətli peşəni icra edəcəksən, inkişaf edən Azərbaycanın gələcəkdə layiqli təmsilçilərinin yetişdirilməsinə töhfə olacaqsan, inanmazdım. Bu gün isə bütün bunlar realdır. Çox həyəcanlıyıq. Allah şəhidlərimizə rəhmət eləsin, torpaqlarımızın azad olunması üçün savaşan, canını qoyan, qazi olan əsgərlərimizə, Ali Baş Komandana bir ömür borcluyuq. Onlar sayəsində biz buna nail olmuşuq”.
E.Qurbanlı qeyd edib ki, bundan sonra da Qarabağ Universitetində təhsil uğurla həyata keçiriləcək:
“İlk dərsim SABAH qruplarına idi. Tələbələr də kifayət qədər həyəcanlı idilər, Xankəndidə tələbə olmaq təəssüratlarını mənimlə bölüşdülər. İlk dərsimizi uğurla başa vurduq. İnanırıq ki, bundan sonra da təhsil burada uğurla həyata keçiriləcək və Vətən müharibəsindəki zəfərimizə zəfər qatacaq”.
Oxşar xəbərlər
Qarabağ Universitetinin tələbəsi: Xankəndidə lazımi mühit var
Qarabağ Universitetinin tələbəsi gənclərə çağırış edib
Qarabağ Universitetində magistratura və doktoranturaya qəbul keçiriləcək, xarici tələbələr təhsil alacaqlar
Qarabağ Universitetinin tələbəsi: İnanıram ki, bura gələcək karyeramda mühüm rol oynayacaq
Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-li konqresmendən Xameneiyə xəbərdarlıq: "Nə qədər ki, imkan var, İranı tərk et"
-
Ölkədə bəzi ərazilərdə qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
-
Cəlilabad Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub
-
Gündə dörd milyard dollar: ABŞ-nin Venesuela neftinə nəzarət üçün iddialı planı
-
Xamenei müraciət yaydı: Tramp devriləcək!
-
Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"












