Cəlilabadda yeni məktəb binası istifadəyə verilib
Cəlilabad rayonu Pərdi kənd ümumi orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, mərasimdə məktəbin məktəbin müəllim və şagird kollektivi ilə yanaşı, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qonaqlar məktəbdə yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, 130 şagird yerlik olan məktəbin yeni binası səkkiz sinif otağı, bir kitabxana, bir müəllimlər otağı və direktor otağından ibarətdir. Təhsil müəssisəsinin həyətində bir geniş otaqlı yardımçı bina, qapalı mini idman meydançası inşa olunub.
Məktəbin binası müasir elektrik, kombi istilik sistemi, su anbarı və quyusu ilə təchiz edilib. Yeni məktəbin bütün ərazisində metal konstruksiyalı materiallardan istifadə edilməklə, çəpərləmə və asfaltlama işləri aparılıb, yerli şəraitə davamlı ağaclar və dekorativ bitkilər əkilib.
Oxşar xəbərlər
Bərdə, Quba və Ucarda məktəb açılışı olub
Balakəndə qəzalı vəziyyətdə olan məktəb üçün yeni bina tikilir
Masazırda yeni məktəb binası inşa olunur
32 il sonra Şuşada ilk Bilik Günü keçirilib - FOTO - VİDEO - YENİLƏNİB
Kəlbəcərdə 528 şagird yerlik məktəb inşa olunur - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
-
"Qarabağ" Zakira Savonu transfer edib
