Naxçıvanda yeni tədris ilində 3797 şagird birinci sinfə başlayıb
sizinxeber.az xəbər saytı

Naxçıvanda yeni tədris ilində 3797 şagird birinci sinfə başlayıb


2024-2025-ci tədris ilində Naxçıvan Muxtar Respublikasında (MR) orta məktəblərdə 3797 şagird birinci sinifə başlayıb.

Bu barədə "Sizinxeber.az"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, eyni zamanda, 3797 uşaq birinci sinfə gedəcək, 3171 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Ümumilikdə isə 52 mindən artıq şagird təhsil alacaq.

Qeyd edək ki, bu tədris ilinin ilk dərsi “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.

Oxşar xəbərlər

Yeni tədris ilində Naxçıvandakı orta məktəblərdə 52 mindən çox şagird təhsil alacaq
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Gəncə-Daşkəsən regionu üzrə 6 mindən çox şagird birinci sinfə gedəcək
Birinci siniflərə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu yekunlaşıb
Şuşa, Xankəndi və Xocalıda tədris bərpa olunur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər