COP29-a görə bağçalar bağlanır? - Nazir açıqladı
Noyabr ayında Azərbaycanda keçirilən COP29 tədbiri müddətində bağçaların fəaliyyəti ilə bağlı yanaşmamız ondan ibarətdir ki, həmin təhsil müəssisələri işləsin.
Sizinxeber.az Report-a istinadla xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
"Çünki işləyən analar üçün bağça önəmlidir. Ona görə də bağçalar həmin ərəfədə fəaliyyətini davam etdirəcək. Sadəcə xüsusi hallarda ümumi prosesin fəaliyyəti üçün hər hansı problem yaradacağı təqdirdə müdaxilə oluna bilər. Çünki normalda bağçalarda məcburi davamiyyət yoxdur. Misal olaraq, adətən valideynlər məzuniyyətə gedirsə övladlarını özləri ilə götürür. Amma ümumilikdə tədbir müddətində bağçaların fəaliyyət göstərməsi nəzərdə tutulur", - nazir əlavə edib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
