Keçən il etik qaydaları pozan 341 dövlət qulluqçusu cəzalandırılıb
sizinxeber.az xəbər saytı

Keçən il etik qaydaları pozan 341 dövlət qulluqçusu cəzalandırılıb


Keçən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun müddəalarının tələblərini pozan 341 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə dövlət qulluqçularının etik davranış qaydaları haqqında 2023-cü il üzrə hesabatda bildirilib.

Qeyd olunub ki, həmin intizam tənbeh tədbirlərindən 162-si mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 179-u isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilən 341 intizam tənbeh tədbirindən 297-si töhmət, 14-ü dövlət qulluğundan azad edilmə, 10-u vəzifə maaşının azaldılması, 6-sı ixtisas dərəcəsinin bir pillə aşağı salınması olub. 14 intizam tənbeh tədbirinin növü qeyd edilməyib.

Oxşar xəbərlər

Maliyyə Nazirliyi I yarımildə 27 nəfər vəzifəli şəxsə cərimə tətbiq edib
Milli Məclis prokurorluq orqanlarının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə razılıq verib
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ - Nəticələr AÇIQLANDI
Səfərbərlik Xidmətinin 100-dən çox əməkdaşı məsuliyyətə CƏLB EDİLDİ
Yetkinlik yaşına çatmayan qızları nikaha məcbur etməyə görə ötən il bir cinayət işi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər