Naxçıvanda yeni tədris ili üçün dərsliklər sifariş olunub
Naxçıvan Muxtar Respulikasında yeni tədris ili üçün dərsliklər sifariş olunub.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində dərslik təlabatı əvvəlcədən müəyyənləşdirilərək sifariş verilib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən iyulun 31-də 147 min 769 ədəd dərslik muxtar respublikaya gətirilib. Dərsliklər adları və siniflərinə müvafiq olaraq çeşidlənib.
Naxçıvanın Təhsil Nazirliyinin əməkdaşı Gültəkin Rüstəmli bildirib ki, hazırda dərsliklərin şəhər və rayon təhsil şöbələrinə paylanılması prosesi icra olunur. Proses yekunlaşdıqdan sonra isə təhsil şöbələri tabeliklərində olan təhsil müəssisələrinə kitablarını təhvil verərək şagirdlərin dərsliklərlə təminatını həyata keçirəcək.
Qeyd edək ki, bu il 2-ci siniflər üçün “Həyat bilgisi”, 5-ci siniflər üçün riyaziyyat, 5-9 siniflər üçün Azərbaycan dili, Azərbaycan tarixi, Ədəbiyyat, İnformatika, İngilis dili, Alman dili, Fransız dili, Rus dili və 9-cu siniflər üçün “Ümumi tarix” dərslikləri yenilənib. Yeni dərsliklər şagirdlərin yaş səviyyəsinə uyğun hazırlanıb.
Oxşar xəbərlər
Naxçıvanda ilk dəfə şagird sayı 500-dək olan məktəblərə direktor vəzifəsinə işə qəbul keçiriləcək
Paytaxt məktəblərində 12 mindən çox şagirdin yerdəyişməsi edilib
Şagirdlərin elektron yerdəyişməsi prosesi başlayıb - YENİLƏNİB
Bu gündən şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
