BDU-nun dosenti Nizami Süleymanov vəfat edib
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Nizami Süleymanov vəfat edib.
Bu barədə “Report”a BDU-dan bildirilib.
N.Süleymanov 1953-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1970-1975-ci illərdə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsində təhsil alıb. 1975-1977-ci illərdə Elektron Sənayesi Nazirliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1991-ci ildə "Ümumi qeyri-lokal sərhəd şərtli Steklov tipli məsələlərin araşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
Fizika-riyaziyyat elmləri namizədi, dosent N.Süleymanov 1978-ci ildən indiyədək BDU-nun İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında çalışıb. 60-dan çox elmi və metodik işin müəllifi idi.
BDU kollektivi Nizami Süleymanovun vəfatından kədərləndiyini bildirib, ailəsinə dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin.
Oxşar xəbərlər
Tibb Universitetinin dosenti vəfat edib
Nazirlik Paşayevanın vəfatı ilə bağlı başsağlığı verdi
Mədəniyyət Nazirliyi Aygün Bəylərin ölümü ilə bağlı nekroloq yayıb
Qəzada ölən alim Elçibəyin müşaviri işləyibmiş
Prezidentin rektor təyin etdiyi şəxs kimdir? - Dosye
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













