Qarabağ Universitetində yeni təyinat olub
sizinxeber.az xəbər saytı

Qarabağ Universitetində yeni təyinat olub


Hökümətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanın ən nüfuzlu universiteti olan Eötvös Lorand Universitetinin Təhsil və psixologiya fakültəsinin doktorantura pilləsinə qəbul alan Orxan Abdullayev Qarabağ Universitetində Pedaqoji fakültədə assistent vəzifəsinə təyin olunub.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə universitetin sosial media hesabında paylaşım edilib.

Orxan Abdullayev 1995-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetində İngilis dili müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb. 2017-2019-cu illərdə Almaniyanın Johannes Mainz Guttenber Universitetində Sosiolinqvistika və çoxdillilik ixtisası, 2019-2021-ci illərdə Romanın La Sapienza Universitetində isə İngilis və Anglo-Amerikan tədqiqatları üzrə ikinci magistr təhsili alıb.

2021-2023-cü illərdə HTP çərçivəsində Eötvös Lorand Universitetində Təhsil Elmləri ixtisası üzrə magistr proqramını bitirib.

Hazırda Orxan Abdullayev HTP çərçivəsində Eötvös Lorand Universitetində Təhsil texnologiyaları üzrə doktorantura təhsili alır, “Süni İntellekt və onun təhsildə istifadəsi” üzrə tədqiqat işləri aparır.

Oxşar xəbərlər

Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub
Elm və təhsil nazirinə yeni müavin təyin olunub
Vüsal Qasımlı özünə yeni müavin təyin edib
Qarabağ Universitetində tədris Azərbaycan və ingilis dilində aparılacaq
Qəzada ölən alim Elçibəyin müşaviri işləyibmiş

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər