Vakansiya seçiminin nəticələri açıqlanıb, 1 868 müəllim iş yerini dəyişib
sizinxeber.az xəbər saytı

Vakansiya seçiminin nəticələri açıqlanıb, 1 868 müəllim iş yerini dəyişib


Vakansiya seçiminin nəticələri açıqlanıb, 1 868 müəllim iş yerini dəyişib.

"Report" xəbər verir ki, bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, 29 aprel-6 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib.

Elektron yerləşdirmə zamanı 16 nəfər şəhid ailəsi üzvü olmaqla 1 868 nəfər müəllim iş yerini dəyişdirmək imkanı qazanıb. Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, uğur qazanan müəllimlərin sənədləri yoxlanıldıqdan sonra tutduqları vakansiyaya təyin olunacaqlar. Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat müəllimlərin şəxsi səhifələrinə göndəriləcək.

Oxşar xəbərlər

Sabahdan müəllimlərin iş yerinin dəyişdirilməsi üçün vakansiya seçimi mərhələsi başlayır
Müddətli müqavilə ilə müəllimlərin vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1015 nəfər uğur qazanıb
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Müəllimlərin vakansiya seçimi prosesi uzadılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər