Yüksək bal toplayan bəzi namizədlərin xaricdə təhsilə cəlb edilməməsinə aydınlıq gətirilib
Ötən il yüksək bal toplamasına baxmayaraq, Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil ala bilməyən şəxslərlə bağlı məsələyə aydınlıq gətirilib.
Dövlət Proqramının İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov Sizinxeber.az-nın sualına cavab olaraq bildirib ki, əsas məqsəd yüksək göstəricilərə malik olan şəxslərin bu proqramdan faydalanmasıdır.
O qeyd edib ki, yüksək göstəriciləri olan namizədlər müsahibə mərhələsinə dəvət olunurlar, hər iki mərhələdən müvəffəqiyyətlə keçdikdən sonra onların göstəriciləri eyni olarsa, o zaman reytinqləri üzrə dil bilikləri səviyyəsi yoxlanılır və qiymətləndirmə yüksəkdən aşağıya doğru aparılır.
“Ötən illərdə bəzi gənclərin yüksək bal toplamasına baxmayaraq, Dövlət Proqramı üzrə xaricdə təhsilə cəlb edilməməsi buna görə baş verib. Bu proqramın qaydalarında xüsusi göstərişlər mövcuddur”, - layihə rəhbəri vurğulayıb.
Oxşar xəbərlər
Xaricdə təhsil proqramı üzrə 130-dan çox məzun işlə təmin olunub
Xaricdə təhsil alan tələbələrin təqaüdlərinin artırılması məsələsinə baxılır
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Xaricdə Dövlət Proqramı hesabına təhsil hüququ qazana bilməyənlərin şikayətinə aydınlıq gətirilib
Xaricdə Dövlət Proqramı hesabına təhsil hüququ qazana bilməyən namizədlərin şikayətlərinə aydınlıq gətirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
