Qırğızıstanda Azərbaycan dili müəllimi vakansiyası üzrə müsabiqə elan edilib
sizinxeber.az xəbər saytı

Qırğızıstanda Azərbaycan dili müəllimi vakansiyası üzrə müsabiqə elan edilib


Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və milli dəyərlərinin Qırğızıstanda tanıdılması və azərbaycançılıq ruhunun aşılanması məqsədilə Azərbaycan dili fənnini tədris edəcək müəllimin işə qəbulu üzrə müsabiqə elan olunur.

"Sizinxeber.az” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) məlumat yayıb.

Bişkek şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə elan edən vakansiyaya müvafiq ixtisas üzrə ali pedaqoji təhsil, MİQ-də iştirak və ya minimum 3 (üç) il pedaqoji staj, multikultural mühitdə işləmək, təşəbbüskarlıq və ünsiyyət bacarıqları, xarici dil bilikləri (rus və ya qırğız dili) tələblər qoyulub.

Tələb olunan sənədlər isə şəxsiyyət vəsiqəsinin surəti, ali təhsil haqqında diplomun surəti, tərcümeyi-hal (CV), əmək kitabçasının surəti (əgər varsa), tövsiyə məktubu (əgər varsa), motivasiya məktubudur (müsabiqədə iştirak məqsədini izah edən).

Əmək müqaviləsinin müddəti bir tədris ilidir.

Müəllimin əməkhaqqı Qırğız Respublikası tərəfindən, digər xərclər isə Azərbaycan Respublikası tərəfindən qarşılanacaqdır.

Son qeydiyyat tarixi 28 avqust, müraciət ünvanı isə [email protected]ır.

Oxşar xəbərlər

Naxçıvanda direktorların işə qəbul müsabiqəsinə sənəd qəbulunun vaxtı artırılıb
Naxçıvan mədəniyyət müəssisələrində rəhbər və ümumi vəzifələrə işə qəbul müsabiqəsi elan edilib
Naxçıvanda ilk dəfə şagird sayı 500-dək olan məktəblərə direktor vəzifəsinə işə qəbul keçiriləcək
Mikayıl Cabbarovun qoluna nə olub?
Bağça müdiri olmaq istəyənlər üçün elektron sənəd qəbulunun tarixi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər