MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir
sizinxeber.az xəbər saytı

MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə start verilir


Avqustun 20-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

İnsan Resursları Mərkəzindən APA-ya verilən məlumata görə, ümumilikdə 3957 namizədin dəvət olunduğu müsahibələr avqust ayının 26-dək davam edəcək.

Müsahibə zamanı namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq. Müsahibə mərhələsində uğur qazanan namizədlər ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi ilə çalışmaq imkanı qazanacaqlar.

Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.

Oxşar xəbərlər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin vaxtı açıqlanıb
MİQ üzrə müsabiqənin müsahibə mərhələsi açıqlanıb
Gələn həftədən MİQ üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
MİQ üzrə müsabiqənin müsahibə mərhələsinə aid mövzular açıqlanıb
Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər