Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən "Report"a bildirilib ki, imtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.
Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsində iştirak etmək üçün 905 nəfər qeydiyyatdan keçib. Onlardan 336 nəfəri oğlan, 569 nəfəri qızdır. 739 namizəd Azərbaycan bölməsinin, 169 namizəd rus bölməsinin, 373 namizəd cari ilin, 532 namizəd isə əvvəlki illərin məzunudur. 2 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 879, Naxçıvan şəhərində isə 26 namizədin imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Oxşar xəbərlər
Bu gün rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək
Həftəsonu rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsinin vaxtı məlum olub
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib - YENİLƏNİB
Rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








