MÜTDA rəsmisi: Bağçaların qida ilə təminatı nəzarətdə saxlanılır
sizinxeber.az xəbər saytı

MÜTDA rəsmisi: Bağçaların qida ilə təminatı nəzarətdə saxlanılır


Məktəbəqədər təhsil müəssisələrinin qida ilə təminatı nəzarətdə saxlanılır.

“Sizinxeber.az” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova brifinqdə deyib.

Onun sözlərinə görə, artıq iki ildir qidalanma ilə bağlı pilot layihəsi tətbiq olunur:

"Uşaqların gündəlik qidalanma rasionu vahid menyu ilə tənzimlənir.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə əməkdaşlıq çərçivəsində indiyədək 1600 nəfər qida ilə məşğul olan əməkdaş təlimlərə cəlb edilib. 900 müəssisədə qida nümunələri götürülərək laborator analizlər aparılıb. Bu il də 500 müəssisədə təlimlərin təşkili, laborator analizlərin davam etdirilməsi və mətbəxlərdə maarifləndirici plakatların yerləşdirilməsi planlaşdırılır".

Oxşar xəbərlər

Şöbə müdiri: Özəl bağçalara cəlb edilən uşaqların bir qisminin xərcini dövlət ödəyəcək
İlin əvvəlindən indiyədək 41 bağça müdiri işdən çıxarılıb
450 bağçada yoxlama aparılacaq
Agentlik: 2026-cı ilədək bağçalara uşaq qəbulunun sayı artırılacaq
Naxçıvan və regionlar üzrə 11 285 uşaq bağçalara qəbul olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle