Prezident Administrasiyasında şöbə müdiri: Təhsilə yönələn diqqət dövlətin strateji yanaşmasının göstəricisidir
“Yüksəliş” müsabiqəsi insan kapitalına yönəlmiş ən dəyərli investisiyalardan biridir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva beşinci “Yüksəliş” müsabiqəsinin mükafatlandırma mərasimində deyib.
O bildirib ki, zaman və şəraitdən asılı olmayaraq, insanın öz bilik və bacarıqlarına etdiyi sərmayə heç vaxt dəyərini itirmir və bu investisiyanı heç kim ondan ala bilməz:
“Müasir dövrdə bilik və təhsilə yönələn diqqət dövlətin strateji yanaşmasının göstəricisidir. Azərbaycan ailələri övladlarının təhsilli və layiqli vətəndaş olmalarına böyük önəm verir. Valideynlər çox vaxt şəxsi maraqlarından keçərək övladlarının yaxşı təhsil alması üçün fədakarlıq göstərirlər”.
Fərəh Əliyeva əlavə edib ki, Azərbaycan dövləti bu istiqamətdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirir: “Bu siyasət çərçivəsində ölkənin insan kapitalı formalaşır və bu kapital ölkənin gələcək inkişafının əsasını təşkil edir”.
Oxşar xəbərlər
Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
PA-nın şöbə müdiri gənclərə çağırış edib
Dördüncü “Yüksəliş” müsabiqəsinin yekun hesabatı təqdim edilib
Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi yekunlaşıb
Prezident İlham Əliyev Azərbaycan qadınlarını təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













