Azərbaycanda ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırılıb
Azərbaycanda ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı artırılıb.
“Sizinxeber.az” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 6-dan 8-ə çatdırılıb və onların icrası 2030-cu ilədək təmin ediləcək.
Eyni zamanda mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi, Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına təmin ediləcək.
Bundan başqa, Nazirlər Kabineti dörd ay müddətində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydasını təsdiq edib Azərbaycan Prezidentinə məlumat verəcək.
Oxşar xəbərlər
Beynəlxalq ikili diplom proqramları üzrə ümumilikdə qəbul olan tələbələrin sayı məlum olub
NDU İstanbul Universiteti ilə əməkdaşlıq edəcək
Azərbaycan və Özbəkistan ikili diplom proqramının başladılmasını müzakirə edir
Emin Əmrullayev ADPU–CVU ikili diplom proqramının IV məzun buraxılışında iştirak edib
Macarıstanın Con fon Neyman Universiteti və Naxçıvan Dövlət Universiteti “ikili diplom” proqramı həyata keçiricəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













