Tələbələrin köçürülməsi prosesinə başlanılıb
Təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək istəyən tələbələr üçün elektron sənəd qəbuluna başlanılıb.
Bu barədə "Sizinxeber.az"a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, köçürülmə prosesində iştirak etmək istəyən tələbələr internet səhifəsində qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalı, daha sonra “Ali və orta ixtisas təhsili pilləsində təhsilalanların köçürülməsi” elektron xidmətinə daxil olaraq müraciət formasını doldurub təsdiqləməlidirlər.
Elektron müraciətlərin qəbulu iyulun 22-si saat 18:00-da başa çatacaq.
Qeyd edək ki, müraciət zamanı tələb olunan sənədlər sistemə elektron şəkildə yüklənməli, təqdim olunan məlumatlar isə tam və dəqiq şəkildə göstərilməlidir.
Oxşar xəbərlər
Gələn həftədən tələbələrin köçürülməsi prosesi başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
